2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 9,2 milyard kubmetr qaz (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə -3,5%) ixrac edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.
2023-cü ilin noyabr ayında Azərbaycandan İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql olunan qazın həcmi 882 milyon kubmetr (ildən ilə artım 1,5%) təşkil edib.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
2022-ci ildə TAP vasitəsilə bu ölkəyə 10,3 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarük olunub. Avrostatın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard avro dəyərində (il ərzində artım 3,9 dəfə) təbii qaz idxal edib. **
R.Kərimov