2023-cü ildə Azərbaycana $1 milyard 680 milyon 652,85 min dəyərində (artım 63,3%) 95 971 ədəd (artım 28,7%) avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $1 milyard 515 milyon 315,94 min dəyərində (artım 79,3%) 88 151 ədəd avtomobil (artım 28,3%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $125 milyon 268,4 min dəyərində 3102 ədəd elektrokar və $386,294 milyon dəyərində 14 098 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $115 milyon 351,55 min dəyərində (artım 6,3%) 7 287 ədəd motorlu nəqliyyat vasitəsi (artım 42,1%), o cümlədən $40 milyon 206,67 min dəyərində (azalma 20,3%) 370 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 5,4%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $9 milyon 778,68 min dəyərində (azalma 81,5%) 163 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 60,7%) gətirilib.
2022-ci ildə Azərbaycana $1 milyard 57 milyon 792,37 min dəyərində 74,577 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov