Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində ölkəmizin investisiya potensialından söz açıb.
Xüsusilə, Cabbarov "Ticarət və investisiya liderliyi naharı" sessiyasında işğaldan azad edilmiş ərazilərimizin – Qarabağ vəŞərqi Zəngəzurun, Azərbaycanda sənaye zonalarının yüksək iqtisadi potensialı, zəngin resurslarımızın dayanıqlı inkişaf üçün perspektivləri barədə məlumat verib.
“Rəqəmsal həllər əsasında iqtisadi inkişafın, dövlət-özəl tərəfdaşlığını təmin edən layihələrin artırılmasının və investisiyaların diversifikasiyasının əhəmiyyətini vurğuladıq”, - Cabbarov Facebook hesabında yazıb. **
X.Nəsirzadə