"Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2003-2023-cü illərdə yük daşımaları sahəsində rəqabətqabiliyyətliliyin və tranzit daşımaların həcminin artırılmasına 923,3 milyon manat investisiya qoyub.
“İnterfaks-Azərbaycan”a ADY-dən məlumat verilib ki, 20 il ərzində bu investisiyalar müxtəlif vaqon növləri, elektrovozlar, teplovozların alınmasına yönəldilib.
Xüsusilə, 2003-2023-cü illərdə ADY 644,4 milyon manatlıq 93 ədəd lokomotiv alıb.
Bundan başqa, 3829 ədən vaqon alışına 278,9 milyon manat yatırılıb. **
R.Əhmədov