Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan neft idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% - 18,7 milyon tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri təxminən 11,4 milyard avro (azalma 17,3%) təşkil edib.
Noyabr ayında Aİ ölkələri Azərbaycandan 850,9 milyon avro dəyərində (azalma 1,7 dəfə) 1,3 milyon tona yaxın neft (ildən ilə azalma 31,5%) idxal edib.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin beşliyinə İtaliya (6,3 milyard avro dəyərində (azalma 1,4%) 10,4 milyon ton (artım 24,9%), Çexiya (1,1 milyard avro dəyərində (azalma 9,4%) 1,8 milyon ton (artım 14,5%), İspaniya (820,1 milyon avro dəyərində (azalma 30%) 1,3 milyon ton (azalma 15,7%), Xorvatiya (699,2 milyon avro dəyərində (azalma 1,7 dəfə) 1,2 milyon ton (azalma 18,5%) və Almaniya (648,3 milyon avro dəyərində (azalma 2,4 dəfə) 1 milyon ton (azalma 1,9 dəfə) daxil olub.
Noyabr ayında Azərbaycan neftinin ən iri idxalçılarının beşliyində İtaliya (343,6 milyon avro dəyərində (azalma 24,3%) 518,8 min ton (azalma 10,9%), Çexiya (120,1 milyon avro dəyərində (azalma 28,8%) 172,9 min ton (azalma 20,1%), Portuqaliya (94,6 milyon avro dəyərində (azalma 12,4%) 138,2 min ton (azalma 1%-dən az), İspaniya (59,9 milyon avro dəyərində (azalma 5,1 dəfə) 89,7 min ton (azalma 4,5 dəfə) və Almaniya (142,4 milyon avro dəyərində (azalma 1,6 dəfə) 209 min ton (azalma 30,8%) yer alıb.
Avrostatın yenidən nəzərdən keçirilmiş məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15,1 milyard avro dəyərində (artım 66,7%) 19,8 milyon ton neft (2021-ci illə müqayisədə azalma 1%) idxal edib.**
R.Kərimov