Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandaya səfəri çərçivəsində bu ölkənin prezidenti Yoveri Kaquta Museveni ilə görüşüb.
“Bayramov Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyin Azərbaycandan Uqandaya təhvil verilməsi ilə əlaqədar təbrikləri Uqandanın dövlət başçısına çatdırıb. Nazir Azərbaycanın öz sədrlik təcrübəsinin Uqanda tərəfi ilə bölüşməyə hazır olduğu bildirilib”, - Azərbaycan XİN-dən məlumat verilir.
Görüşdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
“Həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəmi vurğulanıb”, - məlumatda deyilir.
Azərbaycan-Uqanda ikitərəfli əlaqələrinin inkişafı, iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsinə dair həmfikirlik ifadə olunub.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
B.Rüstəmbəyov