Cümə günü Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi Uqandaya təqdim edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk gündə simvolik çəkici Uqanda prezidenti Yoveri Kaquta Museveniyə təqdim edib. Beləliklə, Uqanda Qoşulmama Hərəkatının sədrliyini qəbul edib.
Sədrliyin təhvil verilmə mərasiminin videosu sosial şəbəkələrdə yayımlanıb.
Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşü 15-20 yanvar tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində keçirilir.
Azərbaycan dörd il ərzində - 2020-2023-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edib.
Uqanda yaxın üç il ərzində təşkilata sədrlik edəcək. **
R.Kərimov