Cümə günü Pakistanın ali hərbi rəhbərliyi və hökumət üzvləri Iranla gərginliyin artması səbəbindən milli təhlükəsizlik komitəsinin iclasına toplaşacaqlar. Bu barədə Pakistanın “Dawn” xəbər portalı məlumat verir.
Komitənin iclasına Pakistanın baş naziri Ənvər-ül HaqKakarrəhbərlik edəcək. Həmçinin, iclasda xüsusilə Pakistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ölkənin kəşfiyyat xidmətlərinin rəhbərləri iştirak edəcəklər. **