Yanvarın 21-dən “BakuBus” MMC Bakı-Sumqayıt ekspress marşrut xəttini istifadəyə yerir. Bu barədə “BakuBus” şirkəti xəbər verir.
Ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.
“Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur”, - şirkət qeyd edir.
2023-cü ildə «BakuBus» MMC 123,5 milyon sərnişin (2022-ci il göstəricisinin +15,3%) daşıyıb. **
B.Rüstəmbəyov