Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə iyul ayında Qazaxıstanda keçiriləcək «Birləşik-2024» taktiki təlimində iştirak edəcəklər.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşik-2024" taktiki təlimi keçiriləcək”, - MN-dən məlumat verilir.
Qeyd olunur ki, təlimə hazırlıq çərçivəsində Azərbaycanda səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan HDQ-nin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi, eləcə də digər tapşırıqları məşq edəcəklər.
“Cari ilin iyul ayında Qazaxıstan Respublikasında keçiriləcək taktiki təlimdə əsas diqqət qüvvələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək”, - MN-dən əlavə olunub.
Qazaxıstan KİV-in məlumatına görə, həmçinin "Birləşik-2024" taktiki təlimində Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi kontingentləri iştirak edəcəklər. **
R.Kərimov