Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü çərçivəsində Tanzaniya Birləşmiş Respublikasının xarici işlər və Şərqi Afrika əməkdaşlığı naziri Yanvar Makamba ilə görüşüb.
“Görüş zamanı Azərbaycan və Tanzaniya arasında turizm, təhsil, humanitar, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib”, - “İnterfaks-Azərbaycan” XİN-ə istinadən xəbər verir.
Nazirlər həmçinin iki ölkə arasında siyasi məsləhətləşmələrin intensivləşməsinin, ikitərəfli qanunvericilik bazasının genişlənməsinin vacibliyini vurğulayıblar.**
X.Nəsirzadə