Cümə günü Pakistan və İranın xarici işlər nazirləri Cəlil Abbas Cilani və Hüseyn Əmir Abdullahiyan telefon danışığı zamanı tərəflər arasında gərginliyin azalması üçün tədbirlərin görülməsi barədə razılığa gəliblər. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi xəbər verir.
«Onlar vəziyyətin gərginliyini azaltmağa dair razılığa gəliblər», - nazirliyinin press-relizində deyilir.
Bundan əlavə, nazirlər «terrorizmə qarşı mübarizədə və qarşılıqlı maraq doğuran digər məsələlərdə əməkdaşlığın və koordinasiyanın möhkəmləndirilməsinin zəruriliyi» ilə bağlı razılığa gəliblər. Eyni zamanda, Cilani bu əməkdaşlıq üçün biri-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyin zəruri şərt olduğunu vurğulayıb.
O cümlədən, tərəflər səfirlərin İslamabad və Tehrana qayıtmasını müzakirə ediblər. **