Bakıda həbsdə olan Qarabağ separatçılarının istintaqı beynəlxalq hüququn, beynəlxalq konvensiyaların normalarına riayət olunmaqla davam edir. Bu barədə Baş prokuror Kamran Əliyev yerli mətbuata bəyan edib.
Əliyev bildirib ki, onlara yekun ittiham elan ediləndən sonra işləri məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejimin “prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, “parlamentin spikeri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib. **
V.Əliyev