Qəzza zolağında radikal Fələstin hərəkatının HƏMAS qruplaşması yaraqlıları tərəfindən girov saxlanılanların onlarla ailəsi İsrailin baş naziri Benyamin Netanyahunun evinin qarşısında toplaşaraq doğmalarını evlərinə qaytarmaq üçün onu «cəsarətli addım» atmağa çağırıblar. Bu barədə «The Times of Israel» xəbər verir.
İsraillilərin qohumları siyasətçinin Keysariyadakı evinin yaxınlığında çadırlar qurublar və etiraz aksiyası çərçivəsində gecəni orada keçiriblər.
Etiraz aksiyası İsrail mediasında Netanyahunun qalan girovların sərbəst buraxılması üçün bu yaxınlarda hökumətin müəyyən etdiyi bir sıra rəhbər prinsipləri birtərəfli qaydada sərtləşdirmək qərarına gəldiyi barədə yayılan xəbərlərdən sonra başlayıb. Jurnalistlər qeyd ediblər ki, bu, hərbi kabinetdə birmənalı qarşılanmayıb. Hərbi kabinetin nümayəndəsi Qadi Ayzenkot girovların azad edilməsi qarşılığında HƏMAS ilə uzunmüddətli barışıqda israr edib. «Milli birlik» partiyasının lideri Beni Qanz nu təklifi dəstəkləyib, lakin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalant buna qarşı çıxıblar. **
V.Əliyev