Fələstin-İsrail münaqişəsinin eskalasiyasından etibarən Qəzza zolağında hər saat iki ana həlak olur, ən azı 10 min uşaq isə münaqişə nəticəsində atalarını itirir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının «BMT-Qadınlar» qurumunun hesabatında deyilir.
"7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında 24 620-dən çox fələstinli öldürülüb, onların 70%-i qadın və ya uşaqlardan ibarət olub... Hər saat 2 ana ölür", - hesabatda deyilir. **
V.Əliyev