Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Bakı ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin önəmi qeyd edilib.
“İşğaldan azad olunmuş ərazilərdə (Cəbrayıl rayonunda - İF ) günəş elektrik stansiyasının (GES) inşasına dair BP şirkəti ilə birgə aparılan işlər nəzərdən keçirilib”, - məlumatda deyilir. **
V.Əliyev