Şənbə günü İspaniyanın yüzdən çox yaşayış məntəqəsinin sakinləri İsrailin HƏMAS ilə müharibəsi zamanı Qəzza zolağında mülki şəxslərin ölümünə qarşı nümayişlər keçiriblər. Bu barədə EFE agentliyi xəbər verir.
Etirazçılar İsrailin hərəkətlərini soyqırım adlandırıblar və Madridi silah ticarətini dayandırmağa və İsrail ilə münasibətləri kəsməyə çağırıbılar.
Nümayişlər, xüsusilə, Madrid, Barselona, Sevilya, Valyadolid, Toledo və digər yaşayış məntəqələrində keçirilib.
EFE-nin məlumatına görə, etirazları Fələstinin işğalına qarşı həmrəylik şəbəkəsi (RESCOP) təşkil edib.
«İsrail ötən il oktyabrın 7-dən etibarən Qəzza zəolağını qəsdən və sistemli şəkildə bombalayır», - RESCOP-un manifestində deyilir.
Bundan əlavə, yanvarın 27-də Madriddə Yaxın Şərq münaqişəsinə qarşı daha bir mitinq keçirilməsi planlaşdırılır. **