İsrail Müdafiə Ordusu (İMO) məlumat verib ki, İsrailin şimalına raket buraxılmalarına cavab olaraq Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib.
“İsrail HHQ qırıcıları Livanın cənubundakı Əl-Adis və Hula rayonlarında “Hizbullah”ın terror infrastrukturuna və işə salma qurğusuna zərbələr endiriblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, daha öncə Livan ərazisindən raket buraxılışı qeydə alınıb, raket açıq əraziyə düşüb. **