İraqda ABŞ-ın Əl-Əsəd aviabazası ballistik raketlərdən istifadə olunmaqla zərbəyə məruz qalıb, bir neçə nəfər yaralanıb. Bu barədə ABŞ Mərkləzi Hərbi Komandanlıq (CENTCOM) məlumat verirş
«Yanvarın 20-də Bağdad vaxtı ilə təxminən 18:30-da (19:30) İrağın qərbində İranın dəstəklədiyi yaraqlılar Əl-Əsəd aviabazasına bir neçə ballistik raket atıblar», - məlumatda bildirilir.
Qeyd olunur ki, «raketlərin əksəriyyəti bazanın hava hücumundan müdafiə sistemləri vasitəsiləzərərsizləşdirilib, digərləri isə onun ərazisinə düşüb». **