Baş Prokurorluğun məlumatına görə, Ağdam rayonunda şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
Məlumata əsasən, bazar günü Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışov xəsarət alıb.
“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə