Bazar günü Fransanın müdafiə naziri Sebastyan Lekornyu İsrailə səfərə gələcək, onun burada ölkə rəhbərliyi ilə danışıqları planlaşdırılıb. Bu barədə Fransa mətbuatı məlumat verir.
Yanvarın 22-də Lekornyunun İsraildə baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant, strateji məsələlər naziri Ron Dermer, milli təhlükəsizlik şurasının rəhbəri Tsaxi Xaneqbi, həmçinin hərbi kabinetin üzvü Beni Hantz ilə danışıqlar aparacağı gözlənilir.
Gözlənildiyi kimi, onlar Qəzza zolağında vəziyyətin inkişafı, habelə anklavdakı humanitar vəziyyət və girovların azad edilməsi məsələlərini müzakirə edəcəklər. Bundan əlavə, Lekornyu Fransanın Qəzzada, Livanda və Qırmızı dənizdə hərbi əməliyyatlarla əlaqədar bölgədə gərginliyin eskalasiyasının qarşısını almaq səylərindən danışacaq.
Bundan əlavə, o, 7 oktyabrda İsrailə hücum zamanı HƏMAS üzvləri tərəfindən əsir götürülən şəxslərin ailələri ilə görüşəcək. **