İsrail Müdafiə Ordusu (İMO) Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində əməliyyatları genişləndirəcək. Bu barədə müdafiə naziri Yoav Qalant bəyan edib.
«Biz Xan Yunis rayonunda intensiv əməliyyatlar aparırıq və onlar genişlənməyə davam edəcək», - «The Times of Israel» nəşri nazirin sözlərindən sitat gətirib.
Qalant əlavə edib ki, «Hərbi Hava Qüvvələri tanklarının, artilleriyasının və təyyarələrinin işindən tüstü burumları hədəflərimizə çatana qədər Qəzza zolağının səmasını bağlamağa davam edəcək». Bu hədəflər qismində o, HƏMAS-ın məğlub olmasını və israilli girovların yurdlarına qayıtmasını adlandırıb. **