2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana kondisioner idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3% - 190,156 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $54 milyon 662,2 min məbləğində (azalma 15%) qiymətləndirilir.
Yanvar-noyabr aylarında Azərbaycana $178 milyon 22 min dəyərində (artım 47,9%) 599,562 min ədəd (artım 18%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 47,4% - 220,554 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $52 milyon 823,4 min (artım 36,1%) təşkil edir.
Həmçinin ötən ilin 11 ayı ərzində soyuducu idxalı 59,6% artaraq 36,175 min ədəd, dəyəri $10 milyon 653,1 min (artım 30,5%) təşkil edib.*
B.Rüstəmbəyov