Yanvarın 21-də “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya sonrakı satış üçün 18 ton (306 min ədəd) həcmində daha bir partiya ərzaqlıq yumurta gətirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülüb.
“Yanvarın 22-nə olan məlumata görə, Azərbaycandan Rusiyaya 3,3 milyon ədəd ərzaqlıq yumurta tədarük olunub”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov