Çin 2023-cü ildə Azərbaycandan 30,7 min tona yaxın polietilen idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinə istinadən xəbər verir.
Tədarükün dəyəri təxminən $30,4 milyon təşkil edir.
Statistik məlumatlara görə, yanvarda Azərbaycan Çinə $2,69 milyon dəyərində 2,655 min ton, fevralda $4,469 milyon dəyərində 4,5 min ton, martda $0,999 milyon dəyərində 1,012 min ton, mayda $1,14 milyon dəyərində 1,08 min ton, iyunda $9,292 milyon dəyərində 9,045 min ton, iyulda $2,51 milyon dəyərində 2,565 min ton, avqustda $3,256 milyon dəyərində 3,42 min ton, sentyabrda $5,262 milyon dəyərində 5,647 min ton, oktyabrda $0,752 milyon dəyərində 0,81 min ton polietilen ixrac edib.
Ötən ilin müvafiq dövrü üzrə məlumatlar təqdim edilmir.*
R.Kərimov