2023-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb.
“İnterfaks-Azərbaycan” agentliyi Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu vəsaitin 4,8 milyon manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 32,5 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşür.*
R.Əhmədov