Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il dekabrın 31-nə 2 milyard 598,2 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 47,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabr ayında bankların xarici öhdəlikləri 16,6% və ya 371,1 milyon manat (noyabrda -101,7 milyon manat) artıb.
AMB-nin məlumatına görə, 2023-cü ilin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 2 milyard 672,9 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2,4 dəfə azdır.
Dekabrdabankların xalis xarici aktivləri 153 milyon manat və ya 5,4% azalıb (noyabrda -329,2 milyon manat).
2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri – 10,7% artıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2023-cü ilin sonuna Azərbaycanda 23 bank fəaliyyət üçün lisenziyaya malikdir.**
R.Əhmədov