Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS-yə verdiyi müsahibədə oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna bəraət olmadığını bəyan edib və Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.
«7 oktyabr barbarlığına heç bir bəraət yoxdur», - Lavrov qeyd edib.
Bununla yanaşı, nazir gələcəkdə zorakılıq aktlarının qarşısının alınması üçün Fələstin dövlətinin yaradılmasının vacibliyini qeyd edib.
«Əgər ədalətsizlik aradan qaldırılmasa və Fələstin dövləti yaradılmasa, zaman-zaman Fələstində və ya ərəb və müsəlman dünyasının digər yerlərində zorakılıq yaranacaq», - RF XİN başçısı əlavə edib. **