Azərbaycan hökuməti 2027-ci ildə ölkədə neft hasilatını 26 milyon 899,2 min ton səviyyəsində proqnozlaşdırır ki, bu da 2024-cü ilə olan proqnoz göstəricisindən 8,8% azdır.
Hökumətin “İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu 2024-2027-ci illər üçün neft və qaz hasilatı üzrə proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda neft hasilatı 29 milyon 492,3 min ton, 2025-ci ildə - 28 milyon 298,3 min ton, 2026-cı ildə - 27 milyon 477,4 min ton, 2027-ci ildə - 26 milyon 899,2 min ton təşkil edəcək.
Beləliklə, 2024-2027-ci illərdə neft hasilatının azalması 8,8% təşkil edəcək.
Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2023-cü ildə Azərbaycanda 30 milyon 189,6 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 7,5% azdır.
Xəbər verildiyi kimi, Azərbaycanda son illərdə neft hasilatında təbii azalma müşahidə olunur. **
N.Abbasova