Fövqəladə Hallar Nazirliyi Tikintidə əhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti Bərdə şəhərində iki ədəd 6 mərtəbəli yaşayış binalarının tikintisinə 4,5 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmalarfı portalına istinadən xəbər verir ki, “Litosfer” MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqaviləni dəyəri – 4 milyon 518,681 min manatdır.
Tikinti işləri 25 dekabr 2024-cü ilə qədər başa çatmalıdır. **
B.Rüstəmbəyov