“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü ildə tankerlərlə 4,9 milyon ton neft və neft məhsulları daşıyıb.
Bu barədə ASCO-nun 2023-cü il ərzində yükdaşıma yekunları ilə bağlı məlumatında deyilir. Həmçinin, cəmiyyət 2022-ci il ərzində məlumatları dərc etmir.
Hesabat dövründə “Ro-Pax” tipli gəmilərlə daşınan vaqonların sayı 37,642 min ədəd, avtonəqliyyat vasitələrinin sayı - 35,207 min ədəd olub.
Ötən il ASCO-nun universal quru yük gəmiləri 749 min ton yük nəql edib.**
N.Abbasova