Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan “Şirvan Araz zavodu” MMC-də partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
Şirvan Şəhər Prokurorluğunun məlumatına əsasən, partlayış zavodun sexlərindən birində baş verib.
“Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir”, - prokurorluqdan qeyd olunur.
Məlumata görə, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Elçin Babayev, 2001-ci il təvəllüdlü İsmayıl Muradov və 1999-cu il təvəllüdlü Məhəmməd İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. **
B.Rüstəmbəyov