2023-cü ildə Azərbaycanda bankların biznes kreditləri portfeli 16,2% - 12 milyard 616,78 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Dekabrda bankların biznes kredit portfeli 195,6 milyon manat artıb (noyabrda artım 174,8 milyon manat olub).
Dekabrın 31-nə dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfeli 999,5 milyon manat məbləğində (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 5% - İF) qiymətləndirilir.
Biznes kreditlərinin strukturunda 6 milyard 251,7 milyon manat iri biznesin, 2 milyard 149,65 milyon manat orta biznesin, 1 milyard 585.5 milyon manat kiçik biznesin, 2 milyard 629,9 milyon manat isə mikro biznesin payına düşür.
AMB-nin məlumatına görə, 2023-cü ilin sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 377,98 milyon manat məbləğində (portfelin 3%-i) qiymətləndirilir. 2022-ci ilin sonuna bu göstərici 507,3 milyon manat (4,7%) təşkil edib.**
X.Nəsirzadə