Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 216,3 min tona yaxın metanol idxal edib, bu da 2022-ci ilin analoji dövrünün gstəricisindən 5,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Statistik məlumatlara görə, hesabat dövründə dəyər ifadəsində tədarükün həcmi 10,1% təxminən 83,7 milyon avroya qədər azalıb.
Yanvar-noyabr aylarında metanolun əsas idxalçılarının beşliyində aşağıdakı ölkələr yer alıb: Rumıniya – 26,7 milyon avro dəyərində (artım 0,2%) 76,7 min ton (artım 28,6%), İtaliya – 19,1 milyon avro dəyərində (azalma 2,6%) 61,9 min ton (artım 31,3%), Niderland – 15,1 milyon avro dəyərində (azalma 2,8 dəfə) 53,7 min ton (azalma 2,1 dəfə), İspaniya – 3,5 milyon avro dəyərində (artım 3 dəfə) 10,5 min ton (artım 3,5 dəfə), Litva – 2,7 milyon avro dəyərində (artım 1,7 dəfə) 9,4 min ton (artım 1,9 dəfə).
Noyabtda Azərbaycan Aİ ölkələrinə 14,9 milyon avro (artım 1,9 dəfə) dəyərində 35,1 min ton metanol (artım 1,7 dəfə) ixrac edib. Aİ ölklələri arasında həmin ay Azərbaycandan metanol idxalçılarının ilk üçlüyünə daxil olub: Niderland - 4 milyon avro məbləğində (artım 39,9%) 12,5 min ton (artım 47,9%), Rumıniya – 3,3 milyon avro məbləğində (azalma 1%) 12 min ton (artım 1,5 dəfə), İtaliya - 1,9 milyon avro məbləğində (artım 11,4%) 7,3 min ton (artım 1,8 dəfə).
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 104,4 milyon avro dəyərində (artım 3,5 dəfə) 261,7 min ton metanol (artım 3,1 dəfə) idxal edib.**
R.Kərimov