Çərşənbə axşamı İsrail Müdafiə Qüvvələri (İMO) Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində HƏMAS qruplaşmasının böyük tunel şəbəkəsini aşkar edərək dağıdıb. Bu barədə «The Times of Israel» xəbər verir.
İMO-nun versiyasına görə, HƏMAS yaraqlıları İsrail hərbçilərinə atəş açıblar, sonra isə anklavın cənubunda aşkar edilmiş silah və raket istehsalı üzrə yeraltı obyektə qoşunların girməsinin qarşısını almağa çalışaraq bir neçə tunelin girişini partladıblar. Daha sonra İsrail hərbçiləri tunelə daxil ola biliblər. Bu tikililər mühəndis-istehkamçılar tərəfindən məhv edilib. **