Azərbaycan növbəti 5 ildə ixracın dəyərini hər il $1 milyarddan çox artırmaq potensialına malikdir. BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva belə hesab edir.
“Son bir neçə ildə Azərbaycanın ixracı davamlı şəkildə artır və 2023-cü ildə demək olar ki, $35 milyarda çatıb. Son 5 ildə qeyri-neft ixracı iki dəfəyə qədər artıb. Azərbaycan növbəti 5 ildə ixracın dəyərini hər il $1 milyarddan çox artırmaq potensialına malikdir”, - deyə o, bu gün Bakıda keçirilən “Ticarət zamanı qeyri-tarif maneələri” mövzusunda tədbirdə bildirib.*
B.Rüstəmbəyov