Azərbaycanın region və Avropa İttifaqı üzrə əsas ixracatçı kimi mövqeyinin gücləndirilməsi üçün daxili ixrac prosedurlarının səmərəliliyi artırılmalı və infrastrukturun keyfiyyəti yaxşılaşdırılmalıdır. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva belə hesab edir.
O, bu gün Bakıda keçirilən “Ticarət zamanı qeyri-tarif maneələri” mövzusunda tədbirdə bildirib ki, təkcə malların deyil, həm də xidmətlərin ticarəti üçün ticari tələblər və prosedurlar haqqında məlumatlara çıxış imkanının yaxşılaşdırılması Azərbaycanın ixracının inkişafı üçün başlıca amildir.
“ITC (International Trade Center) qiymətləndirməsi göstərdi ki, Azərbaycanın İT və turizm sahəsində xidmətlərinin ixracı inkişaf edir və əlverişli biznes mühitinin yaradılmasından faydalanacaq”, - deyə V.Andreyeva qeyd edib.*
B.Rüstəmbəyov