Azərbaycan Gürcüstan və Rusiya ilə sərhəddə gömrük postlarının sayının artırılması istiqamətində iş aparır. Bunu Dövlət Gömrük Komitəsinin nümayəndəsi Vüqar Əhmədov deyib.
“Hazırda Gürcüstan və Rusiya ilə sərhəddə gömrük postlarının sayının artırılması istiqamətində iş aparılır. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın tranzit potensialının artırılması ilə bağlıdır”, - deyə o, bu gün Bakıda keçirilən “Ticarət zamanı qeyri-tarif maneələri” mövzusunda tədbirdə bildirib.
V.Əhmədov qeyd edib ki, ixrac və idxal prosedurlarının sadələşdirilməsi istiqamətində də işlər aparılır.*
B.Rüstəmbəyov