“Azəristiliktəchizat” ASC 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (BMHS) uyğun hazırlanmış konsolidə edilmiş maliyyə hesabatlarının auditinin həyata keçirilməsinin satınalınması üzrə açıq tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Tenderdə iştirak haqqı 76,05 manatdır.
Təkliflər 15 fevral tarixinədək (saat 16:00) qəbul olunur.
Təklif zərfləri 15 fevral saat 16:00-da açılacaq.
Əlaqələndirici şəxs: Nicat Nurəliyev; telefon: (+99477) 419-02-06;
email: info@azeristilik.gov.az.
Ünvan: Xətai rayonu, Xudu Məmmədov küçəsi 3.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.*
X.Nəsirzadə