Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Plan uçuşu yerinə yetirən İl-76 hərbi-nəqliyyat təyyarəsi yanvarın 24-ü saat 11:00 radələrində Belqorod vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub”, - deyə məlumatda bildirilir.
Məlumata görə, əraziyə Hərbi-Kosmik Qüvvələrin komissiyası cəlb olunub.*