Moskva Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Təxminən bir saat yarım əvvəl Nyu-York vaxtı ilə saat 15:00-da BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdik”, - deyə o, bu gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.
Lavrovun sözlərinə görə, Rusiya tərəfi çox ümid edir ki, Fransa sədrliyi öz vəzifələrini vicdanla yerinə yetirəcək və belə bir iclası ən qısa zamanda təyin edəcək.*