Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Yaponiyanın Bakıdakı səfiri Katsuya Vatanabe arasında görüş keçirilib, nəqliyyat və İKT sahələrində Azərbaycan-Yaponiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
“İki ölkə arasında nəqliyyat və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə etdik”, - Nəbiyev cümə axşamı “X” hesabında yazıb..
O əlavə edib ki, tərəflər Azərbaycanın bu il ev sahibliyi edəcəyi “mötəbər tədbir - COP29” ətrafında fikir mübadiləsi aparıblar. **
R.Kərimov