Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana smartfon ixracını 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə - təqribən 108,5 min ədədə qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Statistika İdarəsindən (Avrostat) məlumat verilib.
Statistik məlumatlara görə, hesabat dövründə ixracın həcmi dəyər ifadəsində 1,8 dəfə - təxminən 87,1 milyon avroya qədər artıb.
Yanvar-noyabr aylarında smartfon ixracının əsas hissəsi Çexiyanın payına düşüb. Bu ölkədən Azərbaycana 86,8 milyon avro dəyərində (artım 1,8 dəfə) 105,8 min ədəd (artım 1,6 dəfə), eləcə də Avstriya, Almaniya, Fransa, Xorvatiya, Niderland, Polşa və İsveçdən kiçik partiyalarla smartfon ixrac edilib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana 53,9 milyon avro dəyərində 75 min ədəd smartfon ixrac edib. **
R.Kərimov