İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Ağdam (Qarabağ iqtisadi rayonu) və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarının ərazisində (Şərqi Zəngəzur iqtisadi rayonu) elektrik qurğularının tikinti və elektrik quraşdırma işlərinin satın alınmasına 185 milyon 583,089 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalın aistinadən xəbər verir ki, bu məqsədlə iki müqavilə bağlanıb.
Birinci müqavilə “Global İnteriors Group” MMC ilə imzalanıb. Müqavilənin dəyəri – 118 milyon 217,594 min manatdır.
67 milyon 365,494 min manat dəyərində ikinci müqavilə “İma-Energy” QSC ilə imzalanıb.
İşlərin icra müddəti 25 iyul 2024-cü ilə qədərdir. **
B.Rüstəmbəyov