Bakı şəhər Binəqədi rayon Məhkəməsi daha öncə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Qarabağ separatçılarının həbs müddətini uzadıb.
Azərbaycan mətbuatı xəbər verir ki, məhkəmə Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərini təmin edib və onların hər biri barəsində həbs qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb.
Həmin şəxslər 2023-cü ilin payızında həbs olunublar. Onlara Azərbaycan CM-nin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. **
X.Nəsirzadə