Azərbaycanda istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə Qarabağ separatçı rejimin 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Bu barədə “İnterfaks-Azərbaycan” Baş Prokurorluğa istinadən məlumat verir.
“İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd Xidmətləri, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub”, - məlumatda qeyd edilir.
Məlumata əsasən, cümə axşamı məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Xəbər verilib ki, məhkəmə Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərini təmin edib və onların hər biri barəsində həbs qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb.
Həmin şəxslər 2023-cü ilin payızında həbs olunublar. Onlara Azərbaycan CM-nin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. **
X.Nəsirzadə