Dünən Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Ermənistan nümayəndə heyətinin hərəkətləri sübut edir ki, İrəvan Azərbaycanla sülh prosesində və münasibətlərin normallaşmasında maraqlı deyil. Bu barədə “İnterfaks-Azərbaycan”a məlumatlı diplomatik mənbə bəyan edib.
“24 yanvar tarixində AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməsinə ən çox çalışan nümayəndə heyəti elə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın rəhbərlik etdiyi heyət olub”, - agentliyin həmsöhbəti deyib.
Mənbənin sözlərinə görə, daim sülh və dialoqdan danışan Rubinyan bu çirkin və məkrli kampaniya və addımları ilə sübut edib ki, onun bölgədə sülh və dialoq yaradılmasına çağırışlarının heç bir əsası yoxdur.
"Ermənistanın Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) ölkəmizə qarşı növbəti düşmənçilik addımları bu ölkənin sülh və dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib”, - mənbə hesab edir. **
X.Nəsirzadə