Cümə axşamı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli və “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub.
"Dankvert Rusiyaya ərzaqlıq yumurtanın tədarükünün artırılmasına görə Təhməzliyə təşəkkür edərək, həm Azərbaycan, həm də Rusiya istehsalçılarının ixracın artırılmasının stimullaşdırıldığını qeyd edib. 25 yanvar 2024-cü il tarixinə Rusiyaya Azərbaycandan 4,2 milyon ədəd ərzaqlıq yumurtası gətirilib”, - “İnterfaks-Azərbaycan” «Rosselzoznadzor»a istinadən xəbər verir.
Tərəflər ölkələr arasında iqtisadi münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini qeyd ediblər.
"Rusiya və Azərbaycan bütövlükdə kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin gələcəkdə artması üçün böyük perspektivlər görürlər. Azərbaycan Rusiyanın etibarlı tərəfdaşlarından və tərəvəz və meyvənin aparıcı ixracatçılarından biri olaraq qalmaqda davam edir. Dankvert əmin edib ki, kartofun Azərbaycana tədarükü ilə bağlı Rusiya məhsulların ölkəmizə gətirilməsinə nəzarəti gücləndirəcək. Yaxın gələcəkdə texniki mütəxəssislər fasiləsiz tədarükn təmin edilməsi məqsədilə məsləhətləşmələr aparacaqlar", - məlumatda vurğulanır. **
R.Əhmədov