2023-cü ildə Azərbaycan ərazisində 36,811 min cinayət qeydə alınmaqla onların 87,8%-nin açılması təmin edilib. Bunu baş prokuror Kamran Əliyev bu gün qurumun geniş kollegiya iclasında deyib.
“2023-cü ildə Azərbaycanda törədilmiş 36,811 min cinayətin 87,8%-nin açılması təmin edilib. Ümumilikdə ötən il ölkə üzrə cəmi 21,104 min cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1,35 mini prokurorluq orqanlarında istintaq edilib”, - deyə o bildirib.
Baş prokuror qeyd edib ki, 2023-cü ildə prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16,146 min cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
K.Əliyev bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb, böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb.*
B.Rüstəmbəyov