Dövlət Turizm Agentliyi (DTA) 6-9 fevral 2024-cü il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinə “SmartExpo” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “SmartExpo” MMC müvafiq tenderin qalibi olub (təklif dəyəri 75,913 min manatdır).*
R.Kərimov